Agentlik: KTM-in həkimlərinə 2023-cü il dekabr bonuslarının bu həftə ödənilməsi nəzərdə tutulub


Kliniki Tibbi Mərkəzdən 2023-cü il dekabr ayı üzrə daxil olan reyestrə əsasən həkimlərə bonusların ödənilməsi bu həftə ərzində nəzərdə tutulub.

Bu barədə Şəffaflıq.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, digər aylar üzrə ödənişlər reyestrə daxil olduqdan sonra həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarına tətbiq edilən bonuslar (işin nəticəsinə görə aylıq əlavələr) xəstəxanalardan daxil olan reyestrə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ekspertiza edildikdən sonra ödənilir.

Xatırladaq ki, sosial şəbəkədə adıçəkilən tibb müəssisəsinin 30-dək həkiminin onlara çatacaq bonusu ötən ilin dekabr ayından ala bilmədikləri barədə paylaşım edilmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}