“Moody's” SOCAR-ın reytinqi üzrə proqnozu yaxşılaşdırıb
Beynəlxalq reytinq agentliyi “Moody's” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqi üzrə proqnozu "sabit"dən "müsbət"ə dəyişdirərək, korporativ reytinqini “Ba1”, defolt mümkünlüyü reytinqini (PDR) “Ba1-PD” və əsas kredit qiymətləndirməsini (BCA) “ba2” səviyyəsində təsdiqləyib. Şəffaflıq.az bu barədə “Moody's” agentliyinə istinadən xəbər verir.
Xəbəri paylaş
Facebook-da paylaş