Çempionlar Liqası: Azərbaycan çempionunun potensial rəqibləri üz-üzə gəlir


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhləsinə start veriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri üz-üzə gələcək.

“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}