Boliviyada dövlət çevrilişinə cəhdlə bağlı 24 nəfər saxlanılıb
Boliviyada iyunun 26-da baş vermiş çevriliş cəhdi ilə bağlı işdə 24 nəfərin adı var. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. “İlkin istintaqın başlamasından 10 gün sonra Baş Prokurorluq 6 rəsmi ittiham irəli sürüb və bu da öz növbəsində 24 şəxs barəsində müvəqqəti tədbir görülməsinə səbəb olub”, – qurumun açıqlamasında bildirilir. Bundan əvvəl rəsmilər 21 məhbusun olduğunu bildirmişdilər.
Xəbəri paylaş
Facebook-da paylaş