DYP köhnə avtomobil sahiblərinə xəbərdarlıq edib


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) köhnə avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib

Bu barədə  BDYPİ-dən məlumat verilib.

"Yollarda xoşagəlməz halların yaşanmaması üçün şinlərinin protektorundakı naxışlarının qalmış hündürlüyü normaların tələbinə uyğun olmayan avtomobillərin istismarına yol verməyin, qarlı, şaxtalı havalarda təkərlərin təzyiqini normadan aşağı saxlayın, istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən köhnə avtomobilləri idarə etməkdən çəkinin, avtomobilinizin şüşə silgəclərinin, şüşəyuyanlarının, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasından əmin olun, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, habelə avtomobillərin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin edin", - xəbərdarlıqda qeyd olunub.

Bildirilib ki, hərəkət sürətinin yol və hava şəraitinə uyğun seçilməsi, ara məsafəsinin gözlənilməsi, zərurət olmadan ötmə əməliyyatlarının aparılmaması, qəfil manevr və kəskin tormazlamalardan çəkinmə, xüsusilə enişli-yoxuşlu yollarda, sərt döngələrdə ehtiyat tədbirlərinin görülməsi hər zaman, xüsusilə əlverişsiz hava şəraitində ən etibarlı yanaşmadır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}