Bioloji Müxtəlifliyin Qorunması Xidməti ləğv olunur


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti ləğv olunduğunu elan edib.

Şəffaflıq.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 35 ünvanına bildirə bilərlər.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti Prezident İlham Əliyevin 16 yanvar 2019-cu il tarixli, ETSN-nin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı çərçivəsində Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti ilə Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında yaradılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}