Yaponiyada zəlzələdə xəsarət alanların sayı 460 nəfəri ötüb

Yaponiyada baş verən zəlzələ nəticəsində 92 nəfər ölüb, 464 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb.
Şəffaflıq.az Yaponiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi bildirib. Onun sözlərinə görə, hökumət 242 nəfərin taleyindən hələ də xəbərsizdir. Yaponiya hökuməti zəlzələlərdən zərər çəkənlərə 47,4 milyard yen (32,7 milyon ABŞ dolları) yardım ayıracaq.
Xatırladaq ki, bu ilin ilk günündən Yaponiyada ardıcıl zəlzələlər baş verib. Onlardan ən güclüsü ocağı yerin üst səthinə çox yaxın olan və 7,6 maqnitudalı olanıdır. Yeraltı təkanların əsas hissəsinin maqnitudası 4,5-5,7 olub.
Zəlzələlər ölkənin şimaldan cənuba doğru bütün qərb sahilləri, daha sonra İsikava prefekturasında 2011-ci ildən bəri ilk dəfə böyük sunami xəbərdarlığına səbəb olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}