Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb


Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 55 nəfərə çatıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}