Bakıda Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək
Dekabrın 14-16-da Bakıda gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək. Şəffaflıq.az bu barədə Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, qurum artıq iclasla bağlı hazırlıq işlərinə başlayıb. Tədbir çərçivəsində rusiyalı qonaqların "Milli Azərbaycan Tarixi Muzeyi"nə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinə, Qız Qalası abidəsinə, "Hərbi Qənimətlər Parkı" na və Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil ediləcək.Bakıda Azərbaycan-Rusiya işçi qrupunun IV iclası keçiriləcək
Xəbəri paylaş
Facebook-da paylaş