AFFA “Kəpəz”in məşqçisini cəzalandırıb
AFFA Gənclər Liqasında çıxış edən “Kəpəz”in məşqçisi Orxan Verdiyev hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. Şəffaflıq.az xəbər verir ki, o, “Sabah”la oyunun 35-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırılsa da, intizamsız davranışını davam etdirib. O.Verdiyevin tribunaya qalxdıqdan sonra da təhqirə davam etdiyini nəzərə alan AFFA İntizam Komitəsi ona 5 oyunluq cəza kəsib.
Xəbəri paylaş
Facebook-da paylaş