Dövlət xidməti işçi axtarır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həkim mütəxəssislər və tibb işçiləri üzrə vakansiya elan edib. Bu barədə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, həkim-terapevt , həkim-nevropatoloq, həkim-psixiatr, həkim-otorinolarinqoloq, həkim-dermatoveneroloq, həkim-cərrah, həkim-oftalmoloq, həkim-rentgenoloq və texnik USM (ultrason müayinəsi) mütəxəssisi, elektrokardioqrafiya, exokardioqrafiya, elektroensefaloqrafiya-funksional diaqnostika vakansiyalar üzrə müraciət etmək istəyənlər[email protected] elektron poçtuna yaza və ya anket (https://exidmet.seferberlik.gov.az/UnregisteredApp.../Create) doldura bilərlər. Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir. Ətraflı məlumat üçün “9100” Çağrı Mərkəzinə zəng vura bilərsiniz. Şəffaflıq.az
Facebook-da paylaş