Hondurasda ağır yol qəzası olub, ölənlər və yaralananlar var


Hondurasın qərbindəki Santa-Rosa-de-Kopan bələdiyyəsində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti məlumat yayıb.

“Ölən miqrantlardan dördü Venesuela vətəndaşıdır”, - qurum əlavə edib.

Qeyd olunub ki, Venesuela, Haiti, Ekvador və Kuba vətəndaşlarını daşıyan avtobus aşıb və çaya düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}