Azərbaycan Prezidenti İlham Əliyev Əsgəran qalasında olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub.

Şəffaflıq.az   xəbər verir ki, dövlətimizin rəhbəri Əsgəran qalasına və əraziyə baxış keçirdi.

Qeyd etmək lazımdır ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa edilən Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan 5 km məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Bu il sentyabrın 9-20-də Azərbaycan Ordusunun Qarabağda törətdiyi 1 lokal xarakterli antiterror əməliyyatlarından sonra Əsgəran qalası separatçılardan azad edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}