“Neftçi”nin futbolçusu “Merdeka” turnirində iştirak edəcək


“Neftçi”nin futbolçusu Ataa Caber “Merdeka” turnirində iştirak edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçi Fələstin millisinə çağırılıb. Komanda oktyabrın 9-da Malayziyada startı verilən yarışda qüvvəsini sınayacaq. “Merdeka” turniri oktyabrın 18-dək davam edəcək.

Qeyd edək ki, Ataa Caber Fələstin millisinin heyətində 4 oyunda meydana çıxıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}