Azərbaycanda 7 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib


Azərbaycan Mərkəzi Bankı 1 hüquqi və 6 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Şəffaflıq.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar sentyabrın 28-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}