Kreml: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi bizə qarşı düşmənçilikdir”
“Ermənistanın Roma Statutunu ratifikasiya etməsi bizə qarşı düşmənçilikdir”. Bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib. “Ermənistan çox yaxşı bilir ki, biz (Roma Statutunun) iştirakçısı deyilik və Ermənistan bunun əsasında qəbul edilmiş qərardan (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməkdən) yaxşı xəbərdardır. Biz bilirik ki, İrəvandakıların bu barədə çox yaxşı məlumatları var. Biz bunu xoş qarşılamırıq”, - deyə Dmitri Peskov vurğulayıb. Qeyd edək ki, Roma Statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq. Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma Statutu ratifikasiya olunarsa, Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. Şəffaflıq.az
Facebook-da paylaş