Evlənmək istəyənlər üçün YENİLİK



Nikaha girənlər daha iki xəstəliyə görə yoxlanılacaq.

Şəffaflıq.az xəbər verir ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, nikaha girən şəxslərin ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi yoxlanışı aparılacaq.

Bunların hər ikisi dəri xəstəliyidir və irsən keçir.

Mövzu ilə bağlı danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, yeni sərəncam nikaha daxil olmuş şəxslərin bir - biri haqqında daha çox məlumatlı olmasını, həmçinin ailə təməlinin möhkəm saxlanmasını təmin edir.

Millət vəkili deyib ki, yeni müayinələrin aparılması gələcəkdə genetik xəstəliklərin meydana çıxma riskini azaldır.

Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}