ABŞ Ədliyyə Nazirliyi İlon Maskı məhkəməyə verib
İlon Mask ABŞ-ın Federal Ticarət Komissiyasının qaydalarını və “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məxfilik və təhlükəsizliyi pozmuş ola bilər. “Report” “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, məhkəmə iddiası sentyabrın 11-də Federal Ticarət Komissiyası adından qaldırılıb. “İlon Mask “X Corp”a ciddi nəzarət edirdi və bəzən işçilərinə məlumatların məxfiliyini və təhlükəsizliyini təhdid altına sala biləcək əmrlər verirdi”, - ABŞ Ədliyyə Nazirliyindən bildirilib. Həmçinin Federal Ticarət Komissiyası araşdırma aparıb və şirkətdə xaotik mühit olduğunu aşkar edib ki, bu da Mask və digər menecerlərin “X Corp”un tələblərinə uyğunluğu təmin edib-etmədiyinə dair ciddi suallar doğurur. Şəffaflıq.az
Facebook-da paylaş