ABŞ Hərbi Hava Qüvvələri Somalidə 13 silahlını məhv edib
ABŞ-ın Afrika Komandanlığı Somali hökumətinin müraciəti ilə ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirməsinə icazə verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Afrika Komandanlığının rəsmi saytında yerləşdirilib. Məlumata görə, əməliyyat nəticəsində 13 yaraqlı məhv edilib. "Zərbə avqustun 26-da Kismayo şəhərindən 45 km şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib", - komandanlığın məlumatında deyilir. Mülki əhali arasında zərərçəkən yoxdur. “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş