Azərbaycan Ordusunun zabiti vəfat edib
Türkiyədə uzun müddət onkoloji xəstəlikdən müalicə olunan Azərbaycan Ordusunun zabiti, 1985-ci il təvəllüdlü tibb xidməti mayoru Məmmədov Rövşən Üzeyir oğlu vəfat edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş