Bakıda avtomobillərin parklanmasına görə mobil tətbiq yükləyənlərin sayı 56 mini keçib
Bu günədək Bakıda 56 486 nəfər nəqliyyat vasitələrinin parklanmasına görə, mobil tətbiq yükləyərək qeydiyyatdan keçib. Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, 2 148 nəfər balansın artırılması əməliyyatını həyata keçirib. Xatırladaq ki, avqustun 7-dən Bakıda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız qaydada aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş