Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha iki oyunu keçiriləcək.

Şəffaflıq.az-ın məlumatına görə, ilk olaraq "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək.

Meydan sahibləri əvvəlki qarşılaşmalarda məğlub olub. "Gənclik şəhəri" təmsilçisi bir qələbə qazanıb. Komandanın II turdakı görüşü təxirə salınıb.

Günün digər matçında "Zirə" "Səbail"in qonağı olacaq. "Qartallar" iki oyunda maksimum nəticə göstərib. "Dənizçilər" isə yalnız bir heç-heçəyə nail olub.

Azərbaycan Premyer Liqası, III tur
19 avqust (şənbə)

18:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

20:00. “Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}