Sumqayıt bulvarının direktoru dəyişib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki "Sumqayıt Bulvar" MMC-nin baş direktoru Yavər Vəliyev vəzifəsindən azad edilib. Şəffaflıq.az xəbər verir ki, bulvara rəhbərlik onun müavini Seymur Məmmədova həvalə olunub. Xatırladaq ki, "Sumqayıt Bulvar" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 300 manatdır.
Xəbəri paylaş
Facebook-da paylaş