Stian Yensenin: Ukraynanın NATO-ya üzvlüyü müqabilində torpaqlarının bir hissəsindən imtina etməsi barədə təklifi müharibəni birbaşa təşviq etməkdir”.
“NATO rəsmisi Stian Yensenin Ukraynanın NATO-ya üzvlüyü müqabilində torpaqlarının bir hissəsindən imtina etməsi barədə təklifi müharibəni birbaşa təşviq etməkdir”. Şəffaflıq.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. O bildirib ki, bu təklif reallığı lazımi səviyyədə başa düşməməyin təzahürüdür: “Bu bəyanat aqressorun növbəti cinayətlər törətməsinə şərait yaradır”. M.Podolyakın sözlərinə görə, NATO faktiki olaraq Rusiyaya imkanlarını genişləndirməyə, müharibəni gələcək nəsillərə ötürməyə şərait yaradır: “Rusiya mütləq uduzmalıdır”. Qeyd edək ki, S.Yensen daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünün həlli yolunun ərazi güzəştləri olduğunu bildirmişdi. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə bildirmişdi ki, belə müzakirələr yersizdir.
Facebook-da paylaş
