Dominikanda zavodda partlayış olub, 10 nəfər ölüb


Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində plastmas istehsalı ilə məşğul olan zavodda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 28 nəfər xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Hoy” qəzeti məlumat yayıb.

Hazırda yanğınsöndürənlər partlayışın törətdiyi yanğını söndürür, ölən və yaralananları axtarırlar.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar başlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}