Sudanda qəbilələr arasında toqquşmalarda 120 nəfər ölüb


Sudanın qərbindəki Darfur bölgəsində son iki gündə qəbilələr arasında baş verən toqquşmalarda azı 120 nəfər həlak olub.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, qəbilə çəkişmələri zəminində ən şiddətli toqquşmalar Çadla həmsərhəd bölgələrdə, xüsusən də Cənubi Darfur ştatında baş verib.

“Al Arabiya” xəbər verir ki, bu ştatda səhər saatlarından milli ordu ilə xüsusi təyinatlılar arasında intensiv toqquşmalar başlayıb. O cümlədən Cənubi Darfurun paytaxtı Nyala şəhərində tərəflər bir-birini artilleriya zərbələri endirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}