Kim Çen In ordunun hazırlığını artırmaq barədə göstəriş verib


KXDR lideri Kim Çen In Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komitəsinin son iclası zamanı çətin hərbi-siyasi vəziyyəti nəzərə alaraq ordunun müharibəyə hazırlığının artırılması barədə göstəriş verib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

KXDR lideri müharibənin qarşısını almaq üçün güclü zərbə silahlarının artırılmasının, eləcə də bu cür silahların bütün bölmələrdə yerləşdirilməsinin zəruriliyini vurğulayıb.

Bundan əlavə, Kim Çen In qeyd edib ki, ölkənin hərbi-sənaye kompleksi modernləşən ordunun əməliyyat ehtiyaclarını nəzərə almaqla, bütün növ silahların kütləvi istehsalını təşkil etməlidir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}