İmran Xana 5 illik siyasi qadağa qoyulub
Dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub. Şəffaflıq.az Pakistan mediasına istinadən xəbər verir ki, Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib. Qeyd edək ki, sözügedən cinayət işi çərçivəsində İmran Xan 3 il həbs cəzası alıb. Xan hökuməti ötən ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra süqut edib.
Xəbəri paylaş
Facebook-da paylaş
