“Turan Tovuz” rəsmisi: “Kimsə borcu ödəsə, “Turan”ın varisi olmaq barədə düşünə bilərik”


“Hər kəsə məlumdur ki, “Turan”ın borcu var. Kimsə həmin borcu ödəsə, o zaman bu variant barədə düşünə bilərik”.

Bunu  açıqlamasında “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev deyib.

Klub rəsmisi ötən ildən Premyer Liqada çıxış edən “Turan Tovuz”un 1992-2012-ci illərdə fəaliyyət göstərən, 1993/1994 mövsümündə Azərbaycan çempionatının qalibi olan “Turan”ın varisi olması məsələsinə münasibət bildirib: “Bu variant hələlik gündəmdə deyil. Bəlkə gələcəkdə ola bilər. Açığı, borcun nə qədər olduğunu da bilmirəm”.

Veteran futbolçu Premyer Liqanın I turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanmalarına baxmayaraq, komandanın hələ formada olmadığını etiraf edib: “Birinci turdan sonra fikir bildirmək həmişə çətin olur. Bizə lazım olan 3 xal idi, bunu da qazandıq. Yaxşı və ya pis oynamağından asılı olmayaraq, qələbə hər zaman sevindiricidir. Ümid edirəm ki, komandamız qarşıdakı matçlarda daha məzmunlu çıxış edəcək. Bir görüşə əsasən qiymət vermək mümkün deyil. Hələ istənilən kimi oynamaya bilərik ki, bu da normaldır”.

Nadir Nəbiyev yeni transferin reallaşmasının baş məşqçidən asılı olacağını söyləyib: “Hazırda 11 legioner futbolçumuz var. Yeni oyunçu gətirməyimiz mümkündür. Baş məşqçimiz Ayxan Abbasov desə ki, mənə yeni futbolçu lazımdır, buna uyğun addımlar atacağıq. Ancaq Ayxan müəllim hələ belə bir tələblə çıxış etməyib”.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqanın II turu çərçivəsində avqustun 13-də “Azersun Arena”da “Qarabağ”la qarşılaşacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}