Bərdədə kanalın bəndinin uçması nəticəsində həyətlərə dolan suyun çəkilməsi işləri başa çatdırılıb
Yuxarı Qarabağ su kanalının bəndinin uçması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində fərdi yaşayış evlərinin həyətlərinə dolan suyun çəkilməsi işləri başa çatdırılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.
Facebook-da paylaş