Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi: “Ermənistanın acizliyi artıq hüquqi müstəviyə keçib”


Avqustun 1-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən həmin məhkəmə yanında Azərbaycanın səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda Ermənistan hökumətinin sorğusu əsasında Vaqif Xaçaturyanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması xahiş edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyadan irəli gələn öhdəliklərinə sadiq qalaraq Avropa Məhkəməsinin xahiş etdiyi məlumatları təqdim edəcək:

“Eyni zamanda, Ermənistan hökumətinin açıq mənbələrdə, kütləvi informasiya vasitələrində olan məlumatları “əldə etmək üçün” Avropa Məhkəməsinə müraciət etməsi və belə müraciəti “müvəqqəti təminat tədbiri” kimi təqdim etməsi ən azı təəccüb doğurur. Görünür ki, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə də keçib”, - Ç.Əsgərov bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}