Konfrans Liqası: "Fənərbağça" bu gün cavab oyununa çıxacaq
Türkiyənin "Fənərbağça" klubu bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin cavab matçında Moldovada "Zimbru"nun qonağı olacaq. Kişineuda "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qeyd edək ki, "Fənərbağça" Türkiyəki ilk matçda rəqibini darmadağın edib - 5:0. UEFA Konfrans Liqası 21:30. "Zimbru" (Moldova) - "Fənərbağça" (Türkiyə)
II təsnifat mərhələsi, cavab oyunu
1 avqust
İlk oyun 0:5
Xəbəri paylaş
Facebook-da paylaş