"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır
"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq. Şəffaflıq.az-ın məlumatına görə, II təsnifat mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək. "Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "Jelezniçar" olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq. Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək. UEFA Konfrans Liqası 20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) 23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan) Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Sabah" ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib.
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu
Facebook-da paylaş