Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 4 dəfə artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,4 milyon manat xalis zərərlə başa vurub. Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4 dəfə çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,2 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,7 milyon manat (eyni), xüsusi ehtiyatlara ayırmaları isə 0,9 milyon manat (28,6 % çox) təşkil edib. Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 13,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,3 % azdır. Bunun 11,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 10,5 % kiçilib. Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 26,5 % azalaraq 3,6 milyon manata, balans kapitalı isə 2,1 % azalaraq 9,5 milyon manata düşüb.
Facebook-da paylaş