Göygöldə evləri, Gəncədə küçələri su basdı - VİDEO

Göygöl rayonunun Topalhəsənli kəndinə sel gəlib.

Şəffaflıq.az xəbər verir ki, videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Göygöl Rayon İcra Hakimiyyətinin Topalhəsənli kəndi üzrə icra nümayəndəsi Cavid Əliyev məlumatı Oxu.Az-a təsdiq edib. 

O bildirib ki, təxminən 1 saat öncə gələn sel suları çayın yaxınlığındakı bir neçə yaşayış evinin həyətinə dolub:

“Hazırda əraziyə baxış keçirilir. Selin istiqaməti bağçalara, həyətyanı sahələrə yönəldilib. Heç bir ciddi fəsad yoxdur. Hazırda müvafiq qurumların əməkdaşları ilə sel sularının daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün tədbir görülür”.

Qeyd edək ki, kəskin yağışlı hava şəraiti Gəncədə də müşahidə edilib. Belə ki, sel suları Gəncə şəhərinin mərkəzi küçələrinə dolub. Nəqliyyatın və piyadaların hərəkətinə çətinlik yaradıb.


 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}