Türkiyədə yeni neft yatağı aşkar edildi - FOTO/VİDEO


Türkiyənin Şırnak vilayətində Qabar və Cudi dağlarında aşkarlanan neft yataqlarından sonra Kato dağından da şad xəbər gəlib.

Şırnakla Hakkari arasında yerləşən Kato dağlarında araşdırmalara başlanılıb.

40 ilə yaxındır ki, Türkiyədə baş verən terror hadisələri səbəbindən zəngin yeraltı yataqlarından istifadə edilməyən cənub-şərq bölgəsi neft kəşfləri ilə diqqətləri üzərinə çəkib.

Axtarışların daha çox Bestler Dereler bölgəsində cəmləndiyi, bölgənin müxtəlif nöqtələrində davam etdiyi bildirilib.

Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir-birinin ardınca müjdəsini verdiyi Qabar-Cudi bölgəsində çıxarılan neftin həcmi günü-gündən artmağa davam edir. Belə ki, iki quyudan çıxarılan, ərəb neftinin keyfiyyətinə malik olan neftin gündəlik həcmi 15 min barelə çatıb.




Mənbə: “Sabah”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}