Çin lideri ilə Bill Qeyts arasında təkbətək görüş olacaq
Çin lideri Si Cinpinlə amerikalı milyarder, “Microsoft”un həmtəsisçisi Bill Qeyts arasında görüş baş tutacaq. Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Qeyd edək ki, bu, Bill Qeytsin Çinə ikinci səfəridir. Amerikalı iş adamı birinci dəfə 2019-cu ildə Çinə səfər edib. Həmin səfər “Bill & Melinda Gates Foundation” xeyriyyə fondunun işləri ilə əlaqədar olub. Mənbə: Tv.cctv.com Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş