Abşeronda qadını avtomobil vurub
Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı qadın sınıq xəsarətləri alıb. APA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində baş verib. 1977-ci il təvəllüdlü Dilarə İsmayılova yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ayaq sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş