Gəncədə intihar edən qadın axtarışda imiş - YENİLƏNİB
Gəncə şəhərində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadınla bağlı təfərrüat məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhərin 3-cü mikrorayon ərazisində kirayədə yaşayan 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynova Gəncə şəhər Probasiya Xidməti tərəfindən axtarışda olub. Onun barəsində Cinayət Məcəlləsinin 326-cı maddəsi (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) ilə axtarış elan edilibmiş. Faktla bağlı araşdırma aparılır. 01:14 Gəncə şəhərində qadın özünü binadan atıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadın Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynovadır. Onun həmin ünvanda kirayədə yaşadığı bildirilir. Hadisənin başvermə səbəbləri hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır. Samir İsayev Şəffaflıq.az
Facebook-da paylaş