Azərbaycan XİN Hindistana başsağlığı verdi - FOTO


Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.

Bu barədə nazirliyin “Twitter” hesabında paylaşım edilib.

“Hindistanda dəhşətli qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.

Bu faciəvi qəzada yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir, Hindistan Respublikası hökumətinin və xalqının kədərinə şərik oluruq”, - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, iyunun 3-də axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 288 ölüb, 900-ə yaxın insan yaralanıb.

 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}