Murad Musayev: "Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik"


"Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Şəffaflıq.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Murad Musayev "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi meydana qələbə üçün çıxacaqlarını bildirib: "Bizim üçün çox əhəmiyyətli oyundur. Bunu dərk edirik. "Bakcell Arena" bizim üçün düşərli stadiondur. Sabah buradan yenə qalib ayrılmağa çalışacağıq".

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}