Yeni Zelandiyada güclü zəlzələ qeydə alınıb
Yeni Zelandiyanın Cənub adası sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunur ki, zəlzələnin episentri təxminən 114 min nəfər əhalisi olan Dunidin şəhərindən 643 kilometr cənub-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş