Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri üç milyard manatdan çox artırılır


Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 773 978 min manatdan 33 779 500 min manat, xərcləri üzrə proqnoz isə 33 353 278 min manatdan 36 568 800 min manata qaldırılır.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bununla bağlı təklif Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində yer alıb.

Beləliklə, büdcə gəlirləri 3 005 522 min manat və yaxud 9,7%, büdcə xərcləri isə 3 215 522 min manat və yaxud 9,6% artırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}