Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş