İran qayıqları təhlükəli məsafədə ABŞ hərbi gəmisinə yaxınlaşıblar - FOTO
Vaşinqton Fars körfəzindəki hərbi varlığını artırmaq qərarına gəlib. Buna səbəb mayın əvvəlində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dənizçilərinin Hörmüz boğazında neft tankerini ələ keçirmələri olub. SEPAH Hərbi Dəniz Qüvvələrinin katerləri Hörmüz boğazında iki neft tankerini ələ keçirdikdən sonra Fars körfəzində vəziyyət gərginləşib. Belə ki, mayın 19-da boğaz ərazisində İranın üç sürətli qayığı ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinfindən olan “USS Paul Hamilton” esminesinə təhlükəli məsafədə yaxınlaşıb. SEPAH katerləri Amerika hərbi gəmisinə yaxınlaşdığı zaman gəmidə ABŞ, Britaniya və Fransa hərbi dəniz qüvvələrinin komandirləri olub. Onlar gəminin göyərtəsində dayandıqları zaman katerdən fotoları çəkilib. Mənbə: “Military Times” Şəffaflıq.az
Facebook-da paylaş