Rusiya kəndləri su altında qaldı
Rusiyanın Saxa respublikasında Amqa çayı daşaraq iki kəndi su altında qoyub. Evlərin su basdığı Amginski rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bir neçə kəndlə əlaqə kəsilib. Amqa kəndi yaxınlığında çayda suyun səviyyəsi kritik həddi keçib və suyun səviyyəsinin daha da artması gözlənilir. Mənbə: RT Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş