Tbilisi Dövlət Universitetində Azərbaycanşünaslıq üzrə ayrıca istiqamətin əsası qoyulacaq


İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Azərbaycanşünaslıq üzrə ayrıca istiqamətin əsası qoyulacaq.

APA xəbər verir ki, bunu sözügedən universitetin rektoru Caba Samuşia təhsil müəssisəsindəki “Heydər Əliyev Auditoriyası”nın əsaslı təmirdən sonra açılışı mərasimində deyib.

O qeyd edib ki, hazırda TDU-da Qafqazşünaslıq ixtisası daxilində 50 tələbə Azərbaycan dili və tarixini öyrənir.

“Bakalavr pilləsində tələbələr Azərbaycan dilini beş semestr ərzində öyrənirlər. Dilin öyrənilməsinə danışıq, yazı və dinləmə daxildir. Bu proqram çərçivəsində Azərbaycan tarixi və Azərbaycan mədəniyyəti də tədris edilir. Hazırda bu proqramda 50 tələbə qeydiyyatdadır. Yaxın gələcəkdə bu kabinetin daxilində Azərbaycanşünaslıq üzrə ayrıca bir istiqamətin əsasının qoyulmasını planlaşdırırıq”, - deyə rektor bildirib.

“Heydər Əliyev Auditoriyası”nın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər iştirak ediblər.

Nazir Emin Əmrullayev TDU-da Azərbaycan dili və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib. O, təhsil sahəsində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}