Bakıda çoxmərtəbəli binada yanğın olub
Bakıda çoxmərtəbəli binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 2 poqonometr mebel, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
