Əsas Səhifə > Cəmiyyət > Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın olub


18-05-2023, 18:03


Bakıda çoxmərtəbəli binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxində 2 poqonometr mebel, 1 ədəd aspirator və 1 ədəd qaz sobası yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Geri qayıt