Norveç kralı xəstəxanaya yerləşdirildi
Norveç kralı V Harald infeksiya müalicəsi üçün xəstəxanaya yerləşdirilib. Bu barədə kral ailəsinin bəyanatında qeyd edilir. 86 yaşlı monarxın vəziyyəti stabil qiymətləndirilir. Kral daha bir neçə gün xəstəxanada olacaq. Bundan əvvəl 2022-ci ilin dekabrında V Harald infeksiya ilə xəstəxanaya yerləşdirilib. Monarx venadaxili antibiotik kursu qəbul edib. Onun müalicəsini şəxsi həkimi Byorn Bendz həyata keçirib. V Harald 1991-ci ildən “taxtdadır”. O, 1905-ci ildə İsveç-Norveç İttifaqının dağılmasından sonra ölkədə hakim olan Qlüksburq sülaləsindən üçüncü kraldır. Mənbə: Reuters Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş